“Neftçi“ futbolçusunu 1 milyon dollara satır

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ futbolçusunu 1 milyon dollara satır

İdman

05 Oktyabr 2020 12:06 1089


"Neftçi" bir sıra xarici klubların diqqət mərkəzinə düşən Mamadu Kanenin transfer dəyərini müəyyənləşdirib.

Yenisabah.az-ın məlumatına görə, paytaxt klubu qvineyalı yarımmüdafiəçiyə 1 milyon dollar qiymət qoyub.

Premyer Liqanın gümüş medalçısı artıq bununla bağlı menecerləri məlumatlandırıb. 2018-ci ildən ağ-qara formanı geyinən afrikalı futbolçusunun pizza mizza

"Neftçi" ilə müqaviləsi uzunmüddətlidir. 1997-ci il təvəllüdlü legioner klubun idman direktoru Ceyhun Sultanovun yeganə uğurlu transferi sayılır.

Sportinfo xatırladır ki, bakılılar Kaneyə görə ötən ilin yayından etibarən təkliflər almağa davam edir. Xüsusən Tula «Arsenal»ı ilə Avropa Liqasının II mərhələ oyunlarından sonra.

İstər Rusiya, istərsə də Avropanın bəzi ölkələrindən dəvətlər gəlsə də, görünən budur ki, «Neftçi» onu kifayət qədər yaxşı qiymətə satacağına ümid bəslədiyindən, hələ əlindən buraxmaq istəmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!