"Neftçi” baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.
Yenisabah.az xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.
Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib. pizza
Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunan Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. “Ağ-qaralar” onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıblar.
Telegram kanalımız