“Neftçi” həbs olunan azarkeşlərlə bağlı açıqlama yaydı 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” həbs olunan azarkeşlərlə bağlı açıqlama yaydı 

İdman

05 Mart 2024 13:59 871


“Neftçi” cəzalandırılan azarkeşləri barədə məlumat yayıb. 

Yenisabah.az xəbər verir ki, klub bu məsələ ilə bağlı hər hansı quruma şikayət etmədiyini bildirib: 

"Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub.  pizza mizza

Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” PFK heç bir şikayət bildirməmişdir. 

Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb etmişdir". 

Xatırladaq ki, məhkəmənin qərarı ilə “Neftçi” azarkeşi olan A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 azarkeş isə cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!