"Neftçi" "Keşlə"ni, "Səbail" "Qəbələ"ni məğlub etdi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

"Neftçi" "Keşlə"ni, "Səbail" "Qəbələ"ni məğlub etdi - Yenilənib

İdman

16 Fevral 2020 20:50 462


Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. "Yeni Sabah" xəbər verir ki, son oyun günündə 2 matç keçirilir. Bayılda "Səbail" "Qəbələ"ni qəbul edib. İlk qol qonaqlardan gəlsə də, meydan sahibləri əzmkar qələbə qazanıb - 3:1. Günün digər matçında da turnir cədvəlində qonşu pillərdə qərarlaşan komandalar qarşılaşıb. 2-ci yer uğrunda mübarizə aparan "Neftçi" və "Keşlə" "Bakcell Arena"da üz-üzə gəlib. Bu oyunda da eyni hesab qeydə alınıb. Meydan sahibləri 3-1 hesablı qələbəyə sevinib. 16 fevral 16:30. "Səbail" – "Qəbələ" - 3:1 Qollar: Mirsahib Abbasov, 56, Rauf Əliyev, 70, Hendrik Ekşteyn, 82-pen. - Nikolas Raysel, 16 Qırmızı vərəqə: Fernan Lopez, 75 ("Qəbələ" - ikinci sarı vərəqə) Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev "ASCO Arena" 19:00. "Neftçi" – "Keşlə" - 3:1 Qol: B.Dabo, 11, Mbodj, 18, Monroz, 58 - Meza Kolli, 53 Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev "Bakcell Arena"
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!