“Neftçi” - HİK matçının biletləri sabahdan satışa çıxarılır.
Yenisabah.az ağ-qaraların rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsi “Neftçi” - HİK oyununun biletləri avqustun 2-də saat 12:00-da satışa çıxarılacaq.
Biletlərin qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edir. Biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. pizza mizza
Xatırladaq ki, oyun “Bakcel Arena”da keçiriləcək.
Mehri Qurban
Telegram kanalımız