“Neftçi“ ilə oyuna final üçün çıxacağıq” -  Kamal Bayramov danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ ilə oyuna final üçün çıxacağıq” -  Kamal Bayramov danışdı 

İdman

25 Aprel 2023 15:25 1120


“Neftçi” ilə oyuna normal qaydada hazırlaşırıq. Əlimizdə yaxşı fürsət var”. 

Yenisabah.az xəbər evrir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Turan Tovuz”un qapıçısı Kamal Bayramov deyib. O, Azərbaycan kubokunun yarımfinalında sabah “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb. Qolkiper finala çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib:  

“Fürsətdən yararlanmaq istəyirik. Komandada yaxşı ab-hava var. Çətin oyun olacağı bəllidir. Rəqibimizin gücü də hər kəsə məlumdur. Amma biz də əl-qolumuzu aşağı salmayacağıq. Yeni  komandayıq. Müəyyən çətinliklərimiz var. Hazırkı durumda şanslar bərabərdir. “Neftçi” oturuşmuş heyətə malik komandadır. Orada yüksək keyfiyyətli futbolçular var. Bu gün 2 cəbhədə mübarizə aparmaq bizə çətinlik yaradır. Heyətimizdə zədəli futbolçular da var. Amma biz yenə də final istəyirik. Bunun üçün meydana çıxacağıq”.  Dördpendirli pizza

Qeyd edək ki, ilk oyunda Tovuz təmsilçisi evdə 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü sabah Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!