“Neftçi” ilk transferini rəsmiləşdirdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” ilk transferini rəsmiləşdirdi - FOTO

İdman

28 İyun 2023 19:58 1239


“Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Səbail” (2017-2018, 2022-2023) olan Emil Balayev “Neftçi”dən (2011-2014) başqa “Sumqayıt” (2011-2012), “Araz Naxçıvan” (2013-2014), “Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), “Qarabağ” (2016-2017, 2020-2022), “Tobol” (Qazaxıstan; 2019), “Zirə” (2020), “Turan” (Qazaxıstan; 2022) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019). Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.  Pepperoni pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!