“Neftçi” İsrail çempionu ilə görüşdə qələbəni son anda əldən verdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” İsrail çempionu ilə görüşdə qələbəni son anda əldən verdi

İdman

19 Avqust 2021 23:11 1284


“Neftçi” Konfrans Liqasında debüt edib.

Yenisabah.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqası ilə vidalaşan təmsilçimiz qitənin üçüncü dərəcəli klub turnirinə pley-offdan başlayıb.

Samir Abasovun yetirmələri Hayfa “Makkabi”si ilə ilk görüşü evdə keçirib. İsrail çempionu ilə qarşılaşma uğursuz başlayıb. Hesabda geri düşən "Neftçi" əzmkarlıq nümayiş etdirərək ikinci hissədə 3 qol vuraraq önə keçib. Lakin azlıqda qalan təmsilçimiz qapsında 2 qol görüb və görüş heç-heçə  başa çatıb - 3:3. Sezar pizza

Qeyd edək ki, “Neftçi” avqustun 26-da İsraildə “Makkabi”nin qonağı olacaq.

Konfrans Liqası

Pley-off, ilk oyun

19 avqust

21:00. “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) - 3:3

Qollar: Yusuf Laval, 50, 66, Emin Mahmudov, 72 - Omer Atzili, 9, Tyaron Çeri, 78, 90+6

Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77

Baş hakim: Delayod Uilli (Fransa)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!