Bu gün Misli Premyer Liqasında 35-ci tura start verilib.
Yenisabah.az xəbər verir ki, "Kəpəz" Qəbələdə "Neftçi"ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, paytaxt təmsilçisi 5 oyundan sonra qələbə qazanmağı bacarıb.
Turun digər 4 oyunu isə sabah olacaq. Dördpendirli pizza
Qeyd edək ki, "Qarabağ" artıq ötən tur çempionluğu rəsmiləşdirib.
Misli Premyer Liqası, 35-ci tur
21 may (bazar)
18:00. “Kəpəz” – “Neftçi” - 1:3
Qollar: Abdullahi Şuaybi, 45+3 - Ataa Caber, 65 Ömər Buludov, 87, Kilan Lebon
Hakimlər: Kamran Əliyev, Akif Əmrəli, Eyyub İbrahimov, Emin Əliyev
Qəbələ şəhər stadionu
Telegram kanalımız