“Neftçi” “Keşlə”ni məğlub edib liderliyini qorudu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Keşlə”ni məğlub edib liderliyini qorudu

İdman

08 Mart 2021 20:44 909


Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Yenisabah.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. 

Paytaxtda keçirilən hər iki görüşün ilkində “Sabah” “Sumqayıt”la heç-heçəyə razılaşıb.  Sezar pizza

Lider “Neftçi” isə “Keşlə”lə ilə qarşılaşıb. Meydan sahiblərinin vurduğu 3 qola qonaqlar bir dəfə cavab verə biliblər. Belədə, "Neftçi" növbəti 3 xalı qazanaraq liderliyini bu həftə də qoruya bilib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Səbail”i (15:00), “Zirə” isə “Qarabağ”ı (17:15) qəbul edəcək.

Premyer Liqa

XIX tur

8 mart (bazar ertəsi)

16:00. “Sabah” – “Sumqayıt” - 1:1

Qollar: Təmkin Xəlilzadə, 34 - Camaləddin Xocaniyazov, 70

“Bank Respublika Arena”

 

18:15. “Neftçi” – “Keşlə” - 3:1

Qollar: Namiq Ələsgərov, 6, 64 (pen.), Ömər Buludov, 19 - Azər Salahlı, 82

“ASK Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!