Bu gün “Neftçi” və “Keşlə” komandaları arasında yoxlama oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı Emin Mahmudov açıb. “Neftçi” kapitanı 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Pepperoni pizza
Kapitan iki dəqiqə sonra fərqi bir qədər də artırıb.
İkinci hissədə “Keşlə” qollardan birinin əvəzini çıxsa da, “Neftçi”li Rəhman Hacıyev yekun nəticəni elan edib – 3:1.
Beləliklə, “Neftçi” koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb.
Qeyd edək ki, dünən “Qarabağ” yoxlama oyununda “Sabah”a 5:0 hesabı ilə qalib gəlib. /Oxu.az
Telegram kanalımız