“Neftçi” Moskva “Spartak”ını məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Moskva “Spartak”ını məğlub etdi

İdman

29 İyun 2021 21:30 928


Xaricdə təlim-məşq toplanışında olan "Neftçi" komandası sonuncu yoxlama oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Rusiyanın “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib.

Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilmiş görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qollarını 8-ci dəqiqədə Namik Ələskərov, 45+2-ci dəqiqədə isə yeni transfer Harramiz Soares vurub. Moskva təmsilçisinin qoluna isə 44-cü dəqiqədə Mixail İqnatov imza atıb. Dominos pizza

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli “Olimpiya” komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə 1:2 hesabı ilə uduzub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!