“Neftçi” nigeriyalı futbolçunu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” nigeriyalı futbolçunu transfer etdi

İdman

17 İyul 2020 00:54 1056


"Neftçi" mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klub "Facebook" səhifəsində məlumat yayıb.

Paytaxt təmsilçisi "Lokeren"in vingeri Yusuf Lavalı heyətinə qatdığını bəyan edib. Belçika klubu ilə müqavilə müddəti başa çatan 22 yaşlı sağ cinah oyunçusu "ağ-qaralar"a azad agent kimi keçib. Nigeriyalı futbolçu ölkəsinin "36 Lion" klubunun yetirməsidir və 2017-ci ildə "Lokeren"ə keçib. pizza sifarişi

Qeyd edək ki, "Neftçi" buna qədər yalnız "Keşlə"dən Cabir Əmirlinin transferini rəsmiləşdirib. Fəhmin Muradbəyli isə "Səbail"dən icarədən qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!