“Neftçi” “Olimpiakos”a məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Olimpiakos”a məğlub oldu

İdman

22 İyul 2021 01:05 1230


Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçında "Neftçi" "Olimpiakos"a məğlub olub.

Yenisabah.az xəbər verir ki, Yunanıstan klubu doğma meydanda Madi Kamaranın birinci hissədə vurduğu qol sayəsində qələbə qazanıb.

Portuqaliyalı referi Joao Pinyeyrunun idarə etdiyi görüşdə hər iki komanda matçı 10 nəfərlə bitirib. Dominos pizza

Belə ki, "Olimpiakos"un qolunun müəllifi Madi Kamara 44-cü dəqiqədə, "Neftçi"dən isə Mert Çelik 63-cü dəqiqədə meydandan qovulub.

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0

Qol: Madi Kamara, 29

Qırmızı vərəqələr: Madi Kamara, 44 ("Olimpiakos"), Mert Çelik, 63 ("Neftçi")

Baş hakim: Joao Pinyeyru (Portuqaliya)

Pirey, "Georgios Karaiskakis" stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!