“Neftçi“ oyundan əvvəl şəhid övladlarını meydana çıxardı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ oyundan əvvəl şəhid övladlarını meydana çıxardı

İdman

28 İyul 2022 21:23 1201


"Neftçi" klubu Kipr "Aris"inə qarşı UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasından əvvəl anlamlı addım atıb.

Yenisabah.az "Report" xəbər verir ki, hər iki komandanın üzvləri və 3 hakim meydana Qarabağ müharibəsində canından keçmiş şəhidlərin övladları ilə çıxıb.

“Neftçi”nin yay düşərgəsində iştirak etmiş 25 şəhid övladı qazona ayaq basıb. “Neftçi”nin formasında olan azyaşlıların nömrələri simvolik olaraq “44” olub. Onları biri-birindən fərqləndirən isə kürəklərindəki nömrələrin üstündə şəhid atalarının ad-soyadlarıdır. Dominos pizza

Qeyd edək ki, saat 21:00-da başlamış matçda hələ ki hesab açılmayıb. “Neftçi”nin mərhələ adlaması üçün 3 top fərqi ilə Kipr klubuna qalib gəlməsi lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!