“Neftçi” paraqvaylı futbolçunun transferini rəsmiləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” paraqvaylı futbolçunun transferini rəsmiləşdirdi

İdman

28 Avqust 2023 12:57 386


“Neftçi” növbəti transferini həyata keçirib. 

Yenisabah.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir. 

Paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdez Samudio ilə 1+1 il şərtli müqavilə bağlanıb. 29 yaşlı futbolçu 6 nömrəli formanı geyinəcək.  pizza

Dieqo Valdez Paraqvayın “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib. 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanareni heyətinə qatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!