“Neftçi” pik formadadır” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” pik formadadır” - Qurban Qurbanov

İdman

27 Fevral 2023 22:31 991


"Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Rəqib pik formadadır".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib: "Qarşılaşmada sürət və dinamika var idi. Bizim üçün heç də asan deyildi. Tam öz istədiyimiz performansda deyildik. Amma hər halda, futbolçular sona qədər xarakter göstərdilər. Onları təbrik edirəm. Rəqib neçə oyundur qol buraxmırdı, inamlı gedirlər. Futbolçular özünün pik formasındadır. Vacib bir xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çalışacağıq ki, çatışmayan elementləri aradan qaldıraq. Formadan uzaq olan oyunçularımızın durumunu düzəldəcəyik"./Report Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!