“Neftçi” - “Qalatasaray” matçı azarkeşlərlə keçirilə bilərmi?   - UEFA açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” - “Qalatasaray” matçı azarkeşlərlə keçirilə bilərmi? - UEFA açıqlama verdi

İdman

01 Sentyabr 2020 20:47 964


UEFA "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin oyununun məhdud sayda azarkeşin iştirakı ilə keçirilmə ehtimalına münasibətini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu "Report"un sorğusuna cavab olaraq bildirib.

Qurum İcraiyyə Komitəsinin avrokubok oyunlarının gələcək məlumatlandırmayadək qapalı şəraitdə təşkil olunacağına dair qərar çıxardığını xatırladıb. Sezar pizza

UEFA Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 24-də məhdud sayda azarkeşin iştirakı ilə Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq UEFA Super Kuboku qarşılaşmasının sınaq xarakteri daşıyacağını əlavə edib.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!