“Neftçi” - “Qarabağ” oyununa nə qədər bilet satılıb?

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” - “Qarabağ” oyununa nə qədər bilet satılıb?

İdman

30 Noyabr 2024 18:56 1441


Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma üçün artıq 5 min bilet satılıb.

Yerdə qalan 3 min biletdən 1000 ədədi (“Cənub-üst” sektoru – 10 AZN, “Cənub-alt” sektoru – 15 AZN, VIP – 35 AZN) hazırda iticket.az saytından onlayn şəkildə almaq mümkündür. pizza sifarişi

Oyunu tribunadan izləmək istəyən azarkeşlər həmin gün saat 12:00-dan etibarən “Forza” və “Qərb-2” sektorlarına olan 2000 ədəd bileti (qiyməti 3 AZN) “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, görüş dekabrın 1-i saat 19:00-da “Neftçi Arena”da təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!