"Neftçi"nin yeni mövsümə hazırlıq planı müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, "ağ-qaralar" iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək.
“Neftçi” turnir çərçivəsində Rusiyanın “Zenit”, Serbiyanın “Srvena Zvezda”, Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. Pepperoni pizza
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtı Moskvaya yollanaraq "Spartak"la yoldaşlıq oyunu keçirəcək.
Komanda iyulun 19-da Bakıya qayıdacaq.
Telegram kanalımız