“Neftçi” - “Sabah”  oyununun yeri növbəti dəfə dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” - “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi

İdman

17 Avqust 2024 16:39 745


Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Liv Bona Dea Arena"da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq. pizza

"Zirə" klubu UEFA Konfrans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan "Liv Bona Dea Arena"ya dəyişdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!