“Neftçi” Sabir Buqrini transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Sabir Buqrini transfer etdi

İdman

19 İyul 2020 00:22 1509


"Neftçi" daha bir transferini rəsmiləşdirib.

Yenisabah.az xəbər verir ki, "ağ-qaralar" Sabir Buqrini heyətinə cəlb edib.

Bakı təmsilçisi bunu ənənəvi olaraq hazırladığı videoroliklə açıqlayıb. Lüksemburq klubu "Düdelanj"la müqavilə müddəti başa çatan belçikalı yarımmüdafiəçi "Neftçi"yə havayı başa gəlib. Onunla 2 illik müqavilə imzalanıb. 24 yaşlı orta sahə oyunçusu yeni komandasında 29 nömrəli formanı geyinəcək. pizza mizza

Qeyd edək ki, Mərakeş əsilli Sabir Buqrin Belçikanın U-19, Mərakeşin isə U-23 yığmasında çıxış edib. "Lyers"in yetirməsi olan futbolçu bu klubla yanaşı, Fransada da "Paris"in formasını geyinib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!