“Neftçi” “Səbail”ə, “Keşlə” “Sumqayıt”a qalib gəldi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Səbail”ə, “Keşlə” “Sumqayıt”a qalib gəldi - Yenilənib

İdman

21 Avqust 2020 22:27 1285


Bu gün Azərbaycan Premyer Liqasında  2020/21 mövsümünə start verilib.

Yenisabah.az xəbər verir ki, çempionatda 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi. 

Bu günə nəzərdə tutulan iki görüşdən biri artıq başa çatıb. Çempionatda ilk turun açılış görüşü Sumqayıtda oynanılıb. "Sumqayıt" "Keşlə" ilə qarşılaşıb.  Matç Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dördpendirli pizza

“Neftçi” “Səbail”i qəbul edib. Meydan sahibləri Namiq Ələsgərovun dublu sayəsində çempionata qələbə ilə başlayıb - 2:1.

İlk turun digər qarşılaşmaları 22-23 avqust tarixlərinə təyin edilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçiriləcək.

21 avqust

18:30. “Sumqayıt” – “Keşlə” - 0:1

Qol: Azər Salahlı, 90+4

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı

“Sumqayıt Arena”

 

20:30. “Neftçi” – “Səbail” - 2:1 (İkinci hissə)

Qol: Namiq Ələsgərov, 16, 66 - Peyman Keşavarz, 79

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov

8-ci km stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!