“Neftçi“ Seneqaldan 2 futbolçu çağırdı: Birinin 18 yaşı var

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ Seneqaldan 2 futbolçu çağırdı: Birinin 18 yaşı var

İdman

11 Sentyabr 2021 09:27 827


“Neftçi” Premyer Liqanın 3-cü turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını davam etdirir.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın oyunlarına görə çempionatda yaranmış fasilə zamanı avqustun 28-dən 30-dək 3 günlük istirahətə buraxılmış “ağ-qaralar” ayın 31-də hazırlığı bərpa edib.

Hazırda iki seneqallı futbolçu komandanın düşərgəsində baxışdadır. 18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman da məşqlərdə iştirak edirlər. Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!