“Neftçi” “Sumqayıt”a uduzdu,  “Qarabağ” - “Keşlə” matçı qolsuz bitdi – Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Sumqayıt”a uduzdu, “Qarabağ” - “Keşlə” matçı qolsuz bitdi – Yenilənib

İdman

11 Sentyabr 2020 23:02 1081


Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da baş tutan görüşdə qonaqlar qalib gəlib. Dördpendirli pizza

Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

11 sentyabr (cümə)

Azərbaycan Premyer Liqası

II tur

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2

Qollar: Əli Qurbani, 14, 46

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev

AFFA nümayəndəsi: Asif Əliyev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı. "Bakcell Arena"

21:00. “Keşlə” – “Qarabağ” - 0:0

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Ceyhun Haşımov

Bakı. "ASK Arena"

Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!