Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Zirə" "Qəbələ"ni qəbul edib. Rəşad Sadıqovun komandası bu oyunda Konfrans Liqasına vəsiqə qazanmaq şansını qaçırıb. Matç "Zirə"nin məğlubiyyəti ilə nəticələnib - 0:3. "Neftçi" isə "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu turda "Qarabağ" "Sabah"la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib. Pepperoni pizza
4 may (çərşənbə)
20:00. “Sumqayıt” – “Neftçi” - 0:2
Qollar: Tiaqo Bezerra, 12, 62
Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 19-birbaşa qırmızı vərəqə ("Sumqayıt")
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev.
Sumqayıt. “Kapital Bank Arena”
17:45. “Zirə” – “Qəbələ” - 0:3
Qollar: Fernan Lopes, 26. Rafael Utziq, 45. Omar Hani, 81
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Zirə İdman Kompleksinin stadionu
Telegram kanalımız