Misli Premyer Liqasında 29-cu turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, "Neftçi" "Sumqayıt"ın qonağı olub. Matç "Neftçi"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Günün digər matçında isə ötən tur avrokuboklara vəsiqəni təmin edən 2-ci pillədəki "Sabah" autsayder "Səbail"in qonağı olub və 1:2 hesabı ilə uduzub. "Səbail" qələbə qolunu 90+5-ci dəqiqədə vurub və turnir cədvəlində 9-cu pilləyə yüksəlib. pizza
Qeyd edək ki, tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.
8 aprel (şənbə)
20:00. “Sumqayıt” – “Neftçi” - 0:4
Qollar: Stankoviç, 7, Sezar Meza Kolli, 64, İsmayıl Zülfüqarlı, 83, Lebon, 85
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
“Kapital Bank Arena”
Telegram kanalımız