“Neftçi” Türkiyədə dəstəksiz qalmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Türkiyədə dəstəksiz qalmayacaq

İdman

17 Avqust 2023 19:47 670


“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı cavab oyununda dəstəksiz qalmayacaq.

Oxu.Az xəbər verir ki, 1000-dən çox azarkeş “ağ-qaralar” üçün stadionda olacaq. Onlar bununla bağlı kluba müraciət ediblər.

Həmin azarkeşlər əsasən İstanbulda yaşayanlar olsalar da, Türkiyənin digər bölgələrindən də bu matç üçün gələnlər var. Məsələn, təkcə Bursada 30-dan çox azərbaycanlı tələbə İstanbula gəlib. Dominos pizza

Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi “Beşiktaş Arena”nın tutumu 42590 nəfərdir. Bunun təxminən 2000 nəfəri qonaq komandanın payına düşür.

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə “Neftçi” 1:3 hesabı ilə məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!