Bu gün Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun son günündə 3 oyun keçirilib.
Çempionatın lideri “Neftçi” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Matçda qonaqlar qələbə qazanıb - 0:2. Pepperoni pizza
Son çempion “Qarabağ” “Keşlə” ilə qarşılaşıb. Bakılılar matçın əvvəlində hesabı açsa da, ağdamlılar məğlubiyyətdən qaça bilib. Son çempion yalnız uzatma dəqiqələrindəki penalti ilə xal qazanaraq turnir cədvəlində vahid liderliyə yüksəlib.
Qeyd edək ki, turun ilk günündə “Səbail”lə “Zirə” qarşılaşıb. Paytaxt təmsilçilərinin dueli qolsuz başa çatıb.
Azərbaycan Premyer Liqası
XXI tur
4 aprel (bazar)
16:30. “Neftçi” – “Sumqayıt” - 0:2
Qollar: Rəhim Sadıxov, 4, 42 (pen.)
Baş hakim: İnqilab Məmmədov
17:30. “Sabah” –“ Qəbələ” - 1:0
Qol: Ramil Şeydayev, 45+1
Baş hakim: Rəhim Həsənov
18:30. “Keşlə” – “Qarabağ” - 1:1
Qollar: Rəhman Hacıyev, 7 - Patrik Andrade, 90+2 (pen.)
Baş hakim: Rəvan Həmzəzadə
Telegram kanalımız