Azərbaycan Premyer Liqasında XVII turun oyunları başa çatıb.
Yenisabah.az xəbər verir ki, bütün görüşlər bu gün keçirilib.
Matçlardan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Üç görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb. “Sabah” isə öz meydanında “Keşlə” ilə heç-heçə edib. Marqarita pizza
"Qarabağ" "Neftçi"nin məğlubiyyətindən maksimum yararlanıb. Ağdam klubu "Səbail"i məğlub edərək liderlə xalları bərabərləşdirib.
"Qəbələ" isə öz meydanında "Sumqayıt"ı məğlub etməyi bacarıb.
Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XVII tur
25 fevral (cümə axşamı)
15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0
Qol: Ceyms Adeniyi, 50
Qəbələ şəhər stadionu
16:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Davit Volkov, 67
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
17:30. “Sabah” – “Keşlə” - 1:1
Qollar: Fofana Tiemoko, 90+1 - Şəhriyar Əliyev, 79
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Bank Respublika Arena”
18:30. “Qarabağ” – “Səbail” - 1:0
Qol: Xayme Romero, 72
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Azersun Arena”
Telegram kanalımız