“Neftçi” UEFA reytinqində Azərbaycanın xalını artırdı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” UEFA reytinqində Azərbaycanın xalını artırdı

İdman

28 İyul 2023 09:55 866


Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində dəyişiklik olub. 

Yenisabah.az xəbər verir ki, "Neftçi"nin "Jelezniçar"la (Bosniya və Herseqovina) heç-heçə etməsi (2:2) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. 

Səfərdə qeydə alınan bərabərlik Azərbaycanın aktivinə 0,125 xal yazdırıb. Ölkəmiz 15,125 xalla əvvəlki kimi 29-cu pillədə qərarlaşıb.  Toyuqlu pizza

28-ci sırada yer alan Slovakiyanın 16,125 xalı var. Moldova isə 12,125 xalla 30-cu sıradadır. 

“Qəbələ” isə ötən gün öz meydanında “Omoniya”ya (Kipr) uduzduğundan (2:3) Azərbaycanın aktivinə xal qazandıra bilməyib. 

Qeyd edək ki. reytinq siyahısına 86,928 xalla İngiltərə başçılıq edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!