“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəlilədi

İdman

28 Avqust 2020 15:20 893


Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib.

“Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər. pizza hut

Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.

Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!