Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” səfərdə Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək.
Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Dominos pizza
Hər iki komanda heyətləri açıqlayıb:
HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç
Baş məşqçi: Toni Koskela
“Neftçi”: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane
Baş məşqçi: Samir Abasov
Qeyd edək ki, bu gün “Bolt Arena”da keçiriləcək HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
UEFA Konfrans Liqasında isə “Qarabağ” ölkəmizi təmsil edir.
Ağdam klubu evdə Kipr AEL-i ilə qarşılaşacaq. Səfərdə baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Hər iki komandanın start heyətləri açıqlanıb:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
AEL: 1. Vozinya, 4. Andrey Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller Silva, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 28. Konstantinos Sotiriu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç
Baş məşqçi: Duşan Kerkez
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Telegram kanalımız