““Neftçi” yə qarşı haqsızlıq etməmişəm” - Namik Ələskərov

saytların hazırlanması

Evə çatdırılma

““Neftçi” yə qarşı haqsızlıq etməmişəm” - Namik Ələskərov

İdman

15 Avqust 2021 19:24 1031


"Müqaviləmdəki şərtlərə uyğun olaraq azad agent statusu almışam və Türkiyə çempionatında oynamaq şansından yararlanmaq istəyirəm".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalayan "Neftçi"nin sabiq futbolçusu Namik Ələskərov "İnstagram" hesabında yazıb.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, məsələ aydınlıq gətirmək üçün sevdiyi və həmişə onu dəstəkləyən "Neftçi" azarkeşləri qarşısında hesab verməyi özünə borc bilib: pizza

"Bütün qaydalar və müqavilə şərtləri daxilində davrandığımdan, "Neftçi"yə qarşı haqsızlıq etmədiyimdən əmin olun. Ölkə xaricində oynamaq istəyi üstün gəldiyi üçün klubdan ayrılmaq məcburiyyətindəyəm. "Neftçi" klubunu, azarkeşlərini, komanda yoldaşlarımı, birlikdə qazandığımız qələbələri, çempionluğu unutmayacağam. Bu qələbələr üçün əlimdən gələn hər şeyi ən yaxşı şəkildə etdiyimə inanıram. Bu işdə mənə dəstək olmuş, üzərimdə haqqı olan hamıya təşəkkür edirəm".

N. Ələskərov hər kəsin bir yol seçdiyini sözlərinə əlavə edib: "Mən bu seçimin astanasında olduğumu hiss etdim. Xaricdə oynamaq, qardaş Türkiyədə ölkəmizi uğurla təmsil etmək ən böyük arzumdur. İnanıram ki, sizin də dəstəyiniz və dualarınızla bu arzunu həyata keçirmək üçün düşən şansdan maksimum yararlanacağacam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!