"Neftçi" çoxdandır axtardığı yeni hücumçunu tapıb.
Yenisabah.az xəbər verir ki, bu, konqolu Prins İbaradır.
O, son mövsümü "Berşot"da keçirib. Afrikalı legioner 2019-cu ildən formasını geyindiyi Belçika klubunun heyətində çıxdıığı 12 oyunda qol hesabını aça bilməyib. pizza
Peşəkar futbolçu karyerasına ölkəsində ACNFF-da başlayan Prins indiyədək 5 ölkədə legioner həyatı yaşayıb. 192 sm boya malik forvard Belçikadan əvvəl Qabon, Tunis, Qətər və Əlcəzair klublarında çıxış edib.
Sportinfo xatırladır ki, 2016-cıı ildən Konqo yığmasına dəvət alan Prins bakılılarla 1 illik müqavilə bağlayacaq. Böyük ehtimalla, keçid icarə əsasında baş tutacaq.
Sosial şəbəkələrdə yayılan xəbərlərdə iddia olunur ki, "Neftçi" yeni hücumçusuna hər ay 20 min dollar ödəyəcək. Amma bizə gəlib çatan son məlumata görə, afrikalının alacağı məbləğ göstərilən rəqəmdən iki dəfə aşağıdır.
Telegram kanalımız