“Neftçi” yeni transferi Andre Şinyaşikini UEFA-ya sifariş edib.
Klubdan Yenisabah.az-a verilən məlumata görə, braziliyalı hücumçunun adı Türkiyə “Beşiktaş”ı ilə keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.
Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb. Onlardan üçü qapıçı, 10-u müdafiəçi, 12-si yarımmüdafiəçi, ikisi isə hücumçu kimi UEFA-ya təqdim edilib. Dördpendirli pizza
Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək.
Telegram kanalımız