“Neftçi“də iki futbolçu və məşqçi koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“də iki futbolçu və məşqçi koronavirusa yoluxdu

İdman

05 Yanvar 2022 16:55 699


"Neftçi"də iki futbolçu və məşqçi koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.

Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb. Sezar pizza

Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etmirlər.

Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!