Gözləntilərin əksinə olaraq, Premyer Liqaya çox pis start verən «Neftçi»də Roman Qriqorçuk dönəmi tezliklə yekunlaşa bilər.
Yayın əvvəlində 2 illik müqaviləyə imza atmış ukraynalı mütəxəssis artıq ayrılığın planlarını cızır.
O, «Zirə» ilə dünən keçirilən matçdan (0:2) sonra bu barədə bəzi klub funksionerləri ilə söhbət edib. Dördpendirli pizza
Növbəti məğlubiyyətin şokundan sarsılan sabiq «Qəbələ»li Müşahidə Şurası istəyərsə, günü bu gün istefa verə biləcəyini söyləyib.
Qriqorçuk müqaviləsinə xitam verilərsə, qarşılığında 1 dollar da kompensasiya istəməyəcəyini deyib.
«Neftçi» çempionatın ilk 6 turunda 4 xal toplayıb. Passivində 4 heç-heçə və 2 məğlubiyyət olan «ağ-qaralar» cəmi 2 qol vurub, turnir cədvəlinin 9-cu pilləsində yer alıb./SPORTİNFO.AZ
Telegram kanalımız