“Neftçi”dən 400 min avroluq transfer

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”dən 400 min avroluq transfer

İdman

17 İyul 2023 12:27 972


"CFR Kluj" futbolçusu Yuri Matiası "Neftçi"yə satıb. 

Qol.az xəbər verir ki, bu barədə Ruminiyanın "Fanatik" nəşri məlumat yayıb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tezliklə "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Nəşrin yazdığına görə, bu transfer üçün "Neftçi" "CFR Kluj"a 400 min avro təzminat ödəyəcək. Sözügedən transfer "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə həyata keçirilib. Marqarita pizza

Qeyd edək ki, artıq futbolçu Rumıniyanı tərk edərək Moskvaya yola düşüb. Hazırda "Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu şəhərdədir. Sabah onlar "Spartak"la yoxlama oyunu keçirəcək.

Xatırladaq ki, daha əvvəl "CFR Kluj"un prezidenti Yuri Matiasa görə "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləmiş və 700 min avro təzminat tələb etdiklərini demişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!