“Neftçi“dən ayrılan futbolçu Təbriz klubuna keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“dən ayrılan futbolçu Təbriz klubuna keçdi

İdman

15 Mart 2021 17:05 1075


Dünən “Neftçi” ilə yollarını ayıran Saman Nərimancahan özünə yeni klub tapıb.

Yenisabah.az-ın məlumatına görə, yarımmüdafiəçisi karyerasını yenidən İranda davam etdirəcək.

O, “Traktorsazi“ ilə anlaşıb. 30 yaşlı legioner Təbriz klubu ilə ilyarımlıq müqavilə şərtlərini razılaşdırıb. Toyuqlu pizza

Saman Bakı təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Ötən ilin yanvarında “Maaşinsazi“dən “Neftçi”yə keçən Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb, 1 qol vurub.

İranlı orta sahə oyunçusu Samir Abasovun “qara siyahı“sında idi. Baş məşqçi gəldiyi gündən onu “qaralamış“, qış fasiləsində düşərgədən uzaqlaşdırılmasın istəmişdi.

Fəqət, rəhbərlik Samanla dil tapa bilməmişdi, çünki, o, müqaviləsinə xitam verilməsi üçün klubdan alacaqlarını geri istəmişdi. İndi isə vəziyyət nisbətən dəyişib.

Sportinfo.az-ın yazdığına görə, onsuz da, əsas heyətə düşməyən yarımmüdafiəçi Keysuke Hondanın gəlişindən sonra adının iştirak ərizəsinə salınmayacağından narahatlıq keçirib və ayrılmağı üstün tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!