“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu məlum olub.
Yenisabah.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsində ÇFR-i çalışdıracaq.
Bunu klubun sahibi Nelu Varqa "Digi Sport"a açıqlayıb: "Bəli bu doğrudur. Mutu gələcək baş məşqçimizin adıdır. Özü ilə danışmışdım. Sonra anası vəfat etdi". pizza mizza
Klub rəhbəri bildirib ki, ölkə çempionatının 22-ci turunda “Botoşani”yə məğlubiyyətdən sonra baş məşqçi Andrea Mandorlini istefaya göndərilib: “Mutu ilə danışdım, bir-birimizi başa düşdük. Onunla müqavilənin detallarını müzakirə edəcəyik”.
Qeyd edək ki, ÇFR hazırda 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Adrian Mutu ötən ay "Neftçi" ilə yollarını ayırıb.
Telegram kanalımız