“Neftçi“dən şəhid azarkeşlərinə böyük ehtiram

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“dən şəhid azarkeşlərinə böyük ehtiram

İdman

31 Dekabr 2020 10:27 656


"Tribunalarımızın birinin girişində şəhidlərimizin adları olacaq. Onların adlarını əbədiləşdirməkdən ötrü bu addımı atırıq".

Yenisabah.az xəbər verir ki, bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Neftçi TV"nin canlı yayımında bildirib.

Klub rəsmisinin sözlərinə görə, "Bakcell Arena"da tribunaya daxil olan hər kəs Vətən müharibəsində şəhid olmuş "Neftçi" ailəsinin üzvlərini görəcəklər: Toyuqlu pizza

"Onların xatirəsinə löhvə hazırlayacağıq. Azarkeşlər onları görəcək və daim xatırlayacaqlar ki, Vətən uğrunda canlarından keçən insanlar vaxtilə bu tribunada komandamıza dəstək olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!