“Neftçi”dən yeni transfer

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”dən yeni transfer

İdman

29 Avqust 2024 00:24 416


"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbo ilə 2 illik müqavilə imzalayıb. Toyuqlu pizza

O, Bakı klubunda 22 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl müqavilə ilə BƏƏ-nin "Əl-Nəsr" klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın "Astana" və "Ordabaşı" klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk "Şaxtyor"unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!