Prezidentin 3 ay öncə açılış etdiyi park bu günə düşdü   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin 3 ay öncə açılış etdiyi park bu günə düşdü - Fotolar

Sosial

23 İyul 2019 11:30 2122


Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkının baxımsız olması barədə şəkillər paylaşılıb.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən parkın yenidənqurmadan sonra aprelin 28-də ölkə başçısı İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən açılışı edilib.

Ancaq yenilənən parkın hazırda baxımsız halda olması vurğulanır. Bildirilir ki, ərazidə güllər ayaqlanıb, yeni əkilən tinglərin bir hissəsi yanıb, bir neçəsi isə çıxarılıb. Pepperoni pizza

Məsələ ilə bağlı “Qafqazinfo” Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edib. İH-nin məsul işçisi Bərxudar Bərxudarov bildirib ki, park sakinlərin istifadəsindədir: “Orada hər bir şərait yaradılıb ki, sakinlər rahat istirahət etsinlər. Park baxımsız vəziyyətdə deyil. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları parka qulluq edir, ağacları mütəmadi olaraq sulayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!