"Neftçi"nin Mamadu Kanenin yeni transfer qiymətini müəyyənləşdirməsi barədə dünən oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, bakılılar qvineyalı yarımmüdafiəçini 1 milyon dollardan aşağı satmaq fikrində deyil.
Yenisabah.az xəbər verir ki, 2018-ci ildən ağ-qara formanı geyinən 23 yaşlı afrikalıya görə paytaxt klubuna yeni təkliflərin gəlməsi də məlumdur. Artıq o da bəllidir ki, Kanenin real müştəriləri Türkiyədəndir.
Belə ki, Avropa Liqasında «Qarabağ»la eyni qrupa düşən «Sivasspor», Robert Prosineçkinin çalışdırdığı «Dənizlispor», həmçinin «Kayserispor»la «Fatih Karagümrük» onun xidmətində maraqlıdır. pizza
Sportinfo yazır ki, Super Liqa təmsilçilərinin təklif etdiyi təzminatla «Neftçi»nin ürəyindən keçən məbləğ arasında böyük fərq var. Qardaş ölkə klubları Kaneyə görə Premyer Liqamızın gümüş medalçısına maksimum 100 min dollar ödəməyə hazır olduqlarını bildiriblər.
Telegram kanalımız