“Neftçi”nin 4 futbolçusu bugünkü oyunu buraxacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin 4 futbolçusu bugünkü oyunu buraxacaq 

İdman

13 Aprel 2024 11:22 689


Misli Premyer Liqasının 30-cu turunda "Araz-Naxçıvan"la oyundan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.  Sezar pizza

Sözügedən oyun bu gün keçiriləcək və saat 19:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!