“Neftçi”nin baş məşqçi postu ona tapşırıldı - Klub prezidenti açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin baş məşqçi postu ona tapşırıldı - Klub prezidenti açıqladı

İdman

20 Yanvar 2020 10:24 1228


"Neftçi"nin prezidenti Kamran Quliyev “CBC Sport”a açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, klub rəhbəri Bakı təmsilçisinin baş məşqçi Roberto Bordini göndərməsindən sonra bu posta hər hansı bir namizədin olub-olmaması ilə bağlı sualı cavablandırıb. 

O, əsas komandanın baş məşqçi postunun cari mövsümün sonuna kimi Füzuli Məmmədova tapşırıldığını deyib: Pepperoni pizza

"Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna qədər o çalışdıracaq".

Xatırladaq ki, Füzuli Məmmədov istefaya göndərilən baş məşqçinin birinci köməkçisi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!