“Neftçi“nin ən bahalı futbolçusu koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“nin ən bahalı futbolçusu koronavirusa yoluxdu

İdman

15 Dekabr 2020 16:03 805


"Neftçi"də koronavirusa yeni yoluxma halı aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, son olaraq, komandanın hücumçusu Stiven Monrozun infeksiyaya yoluxduğu üzə çıxıb.

Bundan başqa, aktiv xəstə olan Kamran İbrahimovun son testinin nəticəsi müsbət olub. Sabir Buqrin, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi davam edir. Sezar pizza

Baş məşqçi Samir Abasov, köməkçiləri Vəfadar Quliyev və Seymur Rəhimov, müdafiəçilər Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik və Mamadu Mboc, həmçinin yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Asim Əlizadə isə koronavirusdan tam sağalıblar.

Stiven Monroz daha əvvəl zədədən əziyyət çəkirdi. Fransalı forvard axırıncı dəfə sentyabrın 11-də Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.

Bakılıların ən bahalı legioneri noyabrın sonlarında komanda ilə məşqlərə qoşulmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!