“Neftçi“nin hakimi döyən futbolçusuna ağır cəza   - 10 il meydana çıxa bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“nin hakimi döyən futbolçusuna ağır cəza - 10 il meydana çıxa bilməyəcək

İdman

10 Dekabr 2020 11:32 1204


Özbəkistan Pro-liqasının XX turunun "Neftçi" - "Turan" oyunundan sonra kütləvi dava zamanı referini vuran meydan sahiblərinin futbolçusu Camşid Turakulov sərt cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, hücumçu 10 il müddətinə futboldan kənarlaşdırılıb.

Onun komanda yoldaşı Doston Toşmatov isə referinin köməkçilərinə qarşı aqressiv hərəkətə görə 10 oyunluq diskvalifikasiya olunub. pizza mizza

Həmçinin davada iştirak etmiş digər 3 oyunçunun futbolla bağlı fəaliyyətinə 1 illik qadağa qoyulub. Bundan başqa, klub təqribən 10 000 ABŞ dolları məbləğində cərimələnib. Komanda qarşıdakı 3 ev matçını azarkeşsiz keçirməli olacaq.

"Neftçi"nin 0:1 hesabı ilə uduzduğu oyundan sonra azarkeşlərin də iştirakı ilə kütləvi dava düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!