“Neftçi”nin icraçı direktoru istefasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin icraçı direktoru istefasından danışdı

İdman

31 May 2024 11:57 728


"Bu gün “Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş icraçı direktoru vəzifəsindən ayrılan Fərrux Mahmudov özünün sosial media hesabında yazıb. 

"Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq. Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm".  Sezar pizza

F.Mahmudov 2023-cü ilin yayından bu vəzifədə çalışırdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!